Elm və Texnologiya

"Instagram" yeni funksiyanı test edir - Foto

Qarşıdakı dövrdə bayram satışları gəlir. Elə “Instagram” da istifadəçiləri platforma üzərindən şopinqə cəlb etmək üçün müxtəlif alətləri test edir. Belə ki, istifadəçilərin profilində “Şopinq” adlı xüsusi qovluq çıxacaq.

"BI" xəbər verir ki, yenilik tətbiq olunduğu halda, istifadəçilər istənilən brendin mağazasına daxil ola, video postlara “tag” edə bilərlər. Həmçinin bəyənilən malları istifadəçilərin platformasında görünəcək xüsusi qovluğa atmaq mümkün olacaq. Belə ki, əgər istifadəçinin platforma üzərindən bəyəndiyi məhsul olacaqsa, onu sadəcə alış kolleksiyasında saxlaya biləcək. Bununla istifadəçi almağı düşündüyü məhsula yenidən qayıda biləcək. Brendlərin bəyənilmiş məhsullarına keçidi isə istifadəçi yalnız öz şəxsi profili üzərindən həyata keçirə bilər.

Yeni test ilə bağlı sosial şəbəkədən qeyd ediblər ki, bu istifadəçilərə istək məhsullarını daim aktual şəkildə saxlamağa imkan verəcək: “Onlar bayram hədiyyələri üçün yaradıcı ideyaları da kolleksiyalarına əlavə edə biləcəklər”.

Bundan əlavə, sosial şəbəkə biznes profillərində “mağaza”nın redizaynını da təqdim edib. Bununla istifadəçilər brendlərin təqdim etdiyi bütün məhsullara daha tez bir şəkildə baxa biləcək. Seçilən markanın özündə məhsulların siyahısı olacaq. Məhsul haqqında bütün informasiyalar şəkilin yanında yer alacaq. Brendlərin videosunda, həmçinin ticarət nişanları görünəcək. İstifadəçilərin məhsul haqqında yerləşdirilmiş videonun sol alt küncündə olan düyməyə basmaqla mallara daha ətraflı baxa və yaxud istəkdən asılı olaraq onu ala bilərlər.

Xatırlatmaq yerinə düşər ki, “Instagram” tətbiq üzərindən alış funksiyasını hələ 2016-cı ildə test etməyə başlayıb. Amma 2017-ci ilin martında isə funksiyanı tamamilə işlək hala gətirmişdi. Şirkətlər postlara ayrı məhsulları da nişanlaya bilərlər. İstifadəçilər elə məhsulun yerləşdiyi fotonun yanından alışı da həyata keçirə bilər.

“Instagram”ın məlumatına görə, platforma üzərindən 25 000 000-dan çox şirkət qeydiyyatdan keçib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)