Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
“ABB” ASC Təşkilati işlər və metodologiya departamentinin Ümumi şöbəsinə Referent – katib (Personal Assistant) vakansiyası elan edir.
Görəcəyiniz işlər:
Gündəlik görüşləri planlaşdırmaq və təşkil etmək;
Rəhbərlik və struktur bölmələrlə əlaqələndirmə işinin aparılması;
Daxil olan zəngləri cavablandırmaq;
Məktubların qeydiyyatının aparılması və bazasının yaradılması;
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirilmək.
Bizim üçün ideal namizəd:
Ali təhsili olan;
Azərbaycan, rus dillərini mükəmməl və ingilis dilini yaxşı səviyyədə bilən;
Ünsiyyət qurmağı sevən və bunu ustalıqla, bacarıqlı və aydın şəkildə apara bilən;
Kompüterdə iş bacarığı – MS Office proqramlarını bilən, 1C proqramı bilikləri üstünlükdür.
Əgər bizim axtardığımız namizəd Sizsinizsə öz CV-lərini 20 mart 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Referent - katib” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az