5 şirkət "İtaldizayn"a birləşir

5 şirkət, əsasən lüks malların satışı ilə məşğul olan "İtaldizayn" QSC-yə qoşulur.
ENA.az xəbər verir ki. bu barədə "İtaldizayn" QSC-nin elanında bildirilir.
"İTALDİZAYN" QSC aşağıda adları çəkilən Məhdud Məsuliyyətli Cəmiyyətlərin ona qoşulması şəklində yenidən təşkil olunduğunu elan edir:
1. "SONATA LTD" MMC
2. "ELEQANT-R LTD" MMC
3. "ELLİPS-Z" MMC
4. "SİSTEM LTD" MMC
5. "İD QRUP" MMC
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Ü.Hacıbəyov küçəsi 33/35 ünvanına bildirə bilərlər.