İnşaat və əmlak

Bakıda 810 ailəlik yaşayış məhəlləsi tikiləcək – Müqavilə imzalanıb

810 ailəlik yaşayış məhəlləsi 724 min manata layihələndiriləcək.

ENA.az xəbər verir ki, Bakı şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində zəruri sosial-texniki infrastrukturu olan 810 ailə üçün yeni yaşayış məhəlləsi tikiləcək.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakı şəhərində rayonunda yaşayış kompleksinin layihələndirilməsini “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutuna tapşırıb.  Fond və Şirkət arasında bağlanılmış müqavilənin məbləği 723 min 498 manatdır.

Bildirək ki, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu yaşayış və mülki binaların layihələndirilməsi, respublikanın şəhərləri və yaşayış məntəqələrində layihə-planlaşdırma işləri, normativ materiallar, birtipli layihələndirmə və axtarış işləri həyata keçirir. 1930-cu ildə yaradılmış institut Bakı şəhərində yerləşir və hazırda onun əməkdaşlarının sayı 345 nəfər təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)