Toyota böyük sayda avtomobilləri geri çağırır - NASOSLARINDA PROBLEM VAR
Toyota Motor, yanacaq nasosundakı qüsur səbəbilə dünya miqyasında 3,2 milyon ədəd avtomobili servislərə geri çağırır.
ENA.az xəbər verir ki, geriçağırma qərarı 2013 və daha köhnə avtomobilləri əhatə edir.
Toyota, Yanvar ayında ABŞ-da 696 min avtomobili yanacaq nasosu qüsuru səbəbilə servislərə çağırmışdı.
Toyota, yanacaq nasosu probleminə dair şikayətləri İyun ayında araşdırmağa başlamışdı