"Nissan"ın prezidenti həbs edildi
Karlos Qon fırıldaqlıqda ittiham olunur.
"BI" xəbər verir ki, Yaponiyanın “Reno-Nissan-Mitsubişi” avtomobil istehsalı alyansının prezidenti Karlos Qon həbs olunub. Karlos Qon fırıldaqda ittiham olunur. Şirkət rəsmiləri etiraf edib ki, Karlos Qon bir neçə il ərzində vergi bəyannaməssində öz gəlirləri əslində olduğundan az göstərib.
Bundan başqa, prezident şirkətin vəsaitindən məqsədyönlü istifadə etməyib. Qona qarşı səsləndirilən ittihamlar fonunda şirkətin səhmləri 11% ucuzlaşıb.