MALİYYƏ

Goldman Sachs: Dollar gələn ildən ucuzlaşacaq

Dünyanın və ABŞ-ın aparıcı investisiya bankı - “Goldman Sachs” gələn ildən ABŞ dollarının ucuzlaşacağını proqnozlaşdırır. 

"BI" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Dünyanın və ABŞ-ın aparıcı investisiya bankı - “Goldman Sachs” gələn ildən ABŞ dollarının ucuzlaşacağını proqnozlaşdırır. 

Oxu.Az xəbər verir ki, bankın mütəxəssislərinin fikrincə, ola bilər ki, ABŞ dolları 2018-ci ilin sonu və 2019-cu ilin əvvəlində bir qədər yüksəlsin, çünki ən azı Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldıracağı gözlənilir. Ümumilikdə isə mənfi afktorlar nəticəsində dolların ucuzlaşması ehtimalı daha yüksəkdir. “Goldman Sachs” hesab edir ki, 2019-cu ildə avronun bahalaşması daha çox gözlənilir, lakin burada rol oynayan geganə mənfi amil İtaliya büdcəsidir. Analitiklər bahalaşmaqda olan funta da diqqət çəkməyi məsləhət görüblər. 

Qeyd edilib ki, Latın Amerikası ölkələrinin milli valyutaları 2019-cu ildə inkişaf etməkdə olan digər ölkələrin milli pul vahidlərinə nisbətən daha güclü mövqeyə malik olacaqlar. 
"Kanada, Avstraliya və Yeni Zellandiya dollarının, İsveç kronunun və İsrail şekelinin qısa müdətdə dəyər qazanması da mümkündür", - deyə proqnozda qeyd olunub. 

2019-cu il üzrə proqnoz:

Valyuta nisbətləri

3 aylıq proqnoz

6 aylıq proqnoz

EUR/USD

1,12

1,17

GPB/USD

1,32

1,38

AUD/USD

0,75

0,75

NZD/USD

0,70

0,71

USD/CAD

1,27

1,26

USD/JPY

112

110

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department