Sığorta

Həyat sığortasında hər 100 manat sığorta haqqının 65,4 manatı geri ödənilib

Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 18 milyon 829 min manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 36,6% çoxdur.

Yanvarda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 93 milyon 197 min manat təşkil edib. Bu isə illik müqayisədə 25,25% çoxdur.

2020-ci ilin Yanvar ayında həyat sığortası növləri üzrə ödənişlər 57,25% artaraq 12 miylon 316 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 54,8% artaraq 14 milyon 431 min manat təşkil edib. 

Beləliklə, 2020-ci ilin yanvar ayında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 65,4 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 15,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar ayında müvafiq olaraq 56,8 manat və 12,5 manat olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)