“Biz bazara işıq saçdıq”: O, elanlar lövhəsinin köməyilə milyarder olur
“Zillow” xidməti daşınmaz əmlakla bağlı elanlar saytı kimi fəaliyyətə başlayıb. O reklamdan qazanır. 12 ildən sonra şirkət strategiyasını dəyişir: artıq təkcə bazardakı evlər barədə danışmır, həmdə onları yenidən satmaq üçün satın alır. Strategiya hələ ki yaxşı işləyir – Zillow, reklam gəlirlərini nəzərə almasaq ildə 1,4 mlrd. dollar qazanıb, təsisçisi isə milyarder olub.
Bir il bundan qabaq şirkətin təsisçisi Rich Barton şirkətə baş direktor postuna qayıdır. Bu həftə milyarder oldu: cümə axşamı günü “Zillow”un səhmləri 17% artdı. Bu, evlərin alınması ilə bağlı yeni riskli strategiyanın uğurla həyata keçirilməsi sayəsində olur.
İlk dəfə 2018-ci ilin iyununda şirkətin səhmlərinin qiyməti 64 dollara çatıb. Barton fərdi sahibkarlar arasında ən böyük paketə sahibdir – 15,8 milyon səhmi var. Onlardan 700 000-ni 2018-ci ilin noyabrında, qiymətli kağızlar aşağı səviyyədə olanda əldə edib.
Sahibkar Rich sözügedən şirkəti 2006-cı ildə Expedia-dan olan dörd həmkarı ilə birgə yaradıb. O zaman Barton özü ev almaq istəyəndə problemlərlə üzləşir və bu prosesi texnologiyaların köməyilə dəyişdirmək qərarına gəlir. Zillow daşınmaz əmlak və elanlar bazası kimi fəaliyyətə başlayır. Elanlar vasitəsilə evin ünvanını biləndən sonra qiymət də daxil olmaqla onun haqqında hər şeyi bilmək olur. Sayt tez bir zamanda tanınır, amma Barton irəli getmək istəyir.
“Biz bazara işıq saçdıq. İnsanlar qaranlıqda qalmışdılar, – Barton keçən il Forbes-ə deyib. – Biz onlara münasib variantları göstərdik və onlar həyəcanla nə almaq istəmələri barədə fantaziyalar qurmağa başladılar. Belə müştərilərə praktiki alət təqdim edirik və öz planlarını həyata keçirməkdə yardımçı oluruq”.
2010-cu ildə Barton özünün baş direktor postunu şirkətin həmtəsisçilərindən biri olan Spencer Raskoff-a ötürür. Özü isə şirkətin işlərində icraçı direktor kimi fəaliyyət göstərməkdə davam edir. Amma vaxtının çoxunu ailəsinə və Glassdoor saytı kimi başqa layihələrə sərf edir. Zillow alqı-satqı agentlərinə reklam satışından qazanıb və 2018-ci ildə saytlarında aylıq orta hesabla 157 milyon ziyarətçiləri olub. Onların arasında da Trulia, StreetEasy və Hotpads olub.
2018-ci ildə Zillow trayektoriyasını dəyişir. Barton çoxdan bunu istəyirdi. Şirkət yeni başlayan iBuying bazarına daxil olur – evlərin birbaşa satıcılardan alınması. Şirkət Zillow Offers adlı xidməti işə salır. Burada müəyyən bazarlarda olan potensial satıcılara imkan yaradılır ki, Zillow-da öz elanlarını yerləşdirsinlər və şirkətdən onların evinə görə nə qədər ödəməyə hazır olduğunu öyrənsinlər.
2019-cu ilin fevralında şirkət bildirib ki, Barton baş direktor postuna qayıdır və öz strategiyasını reallaşdırmaq üzərində çalışacaq. Bartonun şöhrətinə baxmayaraq onun qayıdışı investorları tam olaraq sakitləşdirmədi. Onlar hələ də narahat idilər ki, şirkət baha başa gələn və gərgin əmək tələb edən evlərin təkrar satışı prosesinin yüksəkmarjinallı reklam satışı biznesi ilə birlikdə öhdəsindən gələ biləcəkmi. Zillow səhmləri bütünlükdə ötən il ərzində öz maksimal göstəricilərinə qayıda bilməyiblər.