Vakansiyalar

Faraon MMC işçi axtarır - MAAŞ 800-1000 MANAT

Hüquqşünas

Vəzifə funksiyaları:

• Müqavilələrin hazırlanması və ekspertizasının həyata keçirilməsi;
• Müəssisə daxili əmrlərin, göstərişlərin,hüquqi rəylərin və digər lokal sənədlərin tərtib edilməsi;
• Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək;
• Müəssisənin mənafeyini məhkəmə orqanlarında, digər idarə, müəssisə və təşkilatlarda, habelə hüquq mühafizə orqanlarında müdafiə etmək;
• Müəssisə rəhbərliyinin hüquqi xarakterli digər göstərişlərinin yerinə yetirmək;
• Məhkəmə işlərinin nəticələrini öyrənmək və ümumiləşdirmək, müqavilələrin bağlanması və icra praktikasını analiz etmək;
• İddiaların hazırlanması və onlara cavab verilməsi məqsədi ilə arayışların, hesabların, izahatların vaxtında təqdim edilməsinə nəzarət etmək.

Tələblər:

• Hüquq sahəsi üzrə ali təhsil;
• MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
• Azərbaycan, rus və ingilis dillərini bilməli;
• İş təcrübəsi min. 3 il;
• Mülki, əmək,miqrasiya hüququ üzrə qanunverciliyi bilməli;
• Məhkəmə proseslərində iştirak təcrübəsi;
• Səlist danışıq qabiliyyəti;
• Ciddi, məsuliyyətli, perspektivli olmalı;
• Yaş həddi 25-40.

Əmək haqqı - 800-1000 AZN

Namizədlər cv – lərini hr97.office97@gmail.com elektron ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department