ENA+

Rusiya Türkiyədən pomidor idxalı kvotasını artırdı

Rusiya, Türkiyədən idxal etdiyi pomidorun kvotasını 150 min tondan 200 min tona yüksəldib.

Marja xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin qərarına görə, Rusiyanın Türkiyədən idxal etdiyi pomidorun kvotası 50 min ton artırılaraq 200 min tona çatdırılıb. 

Rusiya, 2019-cu ilin May ayında verdiyi qərar ilə Türkiyədən idxal edilən pomidora kvotanı 50 min tondan 150 min tona qaldırmışdı.

Türkiyədən Rusiyaya pomidor ixracı 2019-da 2018-ci ilə nisbətən 186% artaraq 86 milyon 53 min dollara yüksəlmişdir.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycandan Rusiyaya 189 milyon 292 min dollar dəyərində 174 min 548 ton pomidor ixrac edib.

Kvota ( mənası “nə qədər” deməkdir) fərdi, tarif, mövsümi, qlobal və digər faiz məhdudiyyətləri vasitəsi ilə idxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)