BİZNES

Korona kontroldan çıxarsa, qlobal iqtisadi tənəzzül qapımızdadırmı?

Əgər yaxın zamanda korona virusu ilə əlaqəli bir həll tapılmazsa, qlobal iqtisadiyyat görünməmiş tənəzzüllə üzləşə bilər.

ENA.az xəbər verir ki, korona virusunun qloballaşma riski gündən-günə artır. İnvestorlar ən pis ssenariyə hazır olmaq istəyirlər, lakin bu virus haqqında hələ çox bilinməyən məqamlar var. İqtisadi təhlillərin əksəriyyəti 1918-ci il qlobal qrip pandemiyası və quş qripi, SARS və MERS kimi yeni ssenarilər kimi keçmiş fəsadları şərh edir. Ancaq böhran davam edərsə, qlobal iqtisadiyyat son zamanlarda görünməyən bir vəziyyətlə üzləşəcəkdir.

Keçmiş nümunələr isə indiki korona böhranının dinamikası ilə uyğun gəlmir. Müqayisə üçün, heç kimdə qripdən fərqli olaraq, korona virusuna qarşı təbii bir toxunulmazlıq yoxdur və fərdi bəyanatların xaricində xəstəliyə qarşı müəyyən bir peyvənd tapılmayıb. Virus çox yoluxucu bir xəstəlikdir və bu, pandemiya ehtimalını artırır.

Tarixdə pandemiya 1918-ci ildə İspan Qripi olub. Ancaq bu dövrlərdə hava nəqliyyatı inkişaf etməmiş, qloballaşma iqtisadiyyatları bir-birinə çox bağlanmamış, rabitə texnologiyası bu qədər yüksək deyildi, yalan məlumatların və qorxuların qlobal miqyasda yayılması ehtimalı yox idi. Bütün bu səbəblər toplandıqda, virusun nəzarət altına alınmadığı təqdirdə qlobal iqtisadiyyatın görünməmiş bir tənəzzüllə üzləşəcəyi görünür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)