Müqaviləsiz işçiyə konvertdə maaş verməyin sanksiyası kəskin artırılır
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə maliyyə sanksiyasının artırılması təklif edilir.
Eləcə də bax: "VÖEN-i olan avtomobili lizinqlə daha ucuz alacaq"
Hazırda belə hala görə işəgötürən hər bir belə şəxs üzrə 1000 manat məbləğində cərimələnir.
"BI" xəbər verir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə, işəgötürənə hər bir belə şəxs üzrə, belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat cərimələnməsi nəzərdə tutulur.