Bu gün devalvasiyanın yubileyidir:Allah 3-cüdən qorusun
Bu gün devalvasiyanın yubileyidir. 5 il öncə insanlarımız səhəri xoşolmayan xəbərlə açdı. Milli valyutamız digər valyutalara nəzərən dəyərini 26%-ə qədər itirdi. Proses bununla bitmədi. 10 aydan so ra oxşar hadisə baş verdi. Devalvasiya banklarımızın 3/1-ni sıradan çıxardı, maliyyə sistemini sirkələdi. Qiymətlər 2 dəfədən çox artdı, iş yerləri bağlandı. Əhali bankların təzyiqi ilə üz-üzə qaldı. Sonradan əlahəzrət neft bahalaşdı və bizi və ümumilikdə öllə iqtisadiyyatını müvəqqəti də olsa xilas etdi.
Bu gün problemlər hələ də qalmaqdadır. Bank sektorunda reanimasiyada olan banklar mövcuddur. Əhalinin kredit borcu həllini tapsa da əsas borc yükü olan sahibkarlar hələ də "devalvasiya faizi" ödəyirlər. Bütün cəhdlərə rəğmən qeyri-neft sektoru zəif inkişaf edir, neftdən asılılıq qalmaqdadır. 2 dəfə (2008-2009 və 2015) neftin ucuzlaşması hesabıma çətinliklə üzləşmişik. Allah 3-cüdən qorusun..
Samir Əliyev
iqtisadçı-ekspert