Kapital Bank işçi axtarır - VAKANSİYA
Kapital Bank namizədləri Bakı filiallarına Xidmət bölməsində Əməliyyat üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər :
• Müştərilərə xidmət
• Sürətli pul köçürmə əməliyyatlarının aparılması
• Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı
• Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu
• Ödəniş kartları üzrə əməliyyatların aparılması və s.
Tələblər :
• Ali təhsil
• Müvafiq sahədə minimum 1- 2 illik iş təcrübəsi
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Gərgin iş qrafikində işləmək bacarığı
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
CV-lərinizi, mövzu hissəsində “Əməliyyat üzrə Mütəxəssis” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.