Azərbaycanda bu şəxslər də vergidən azad olunacaq

Azərbaycanda yaxın günlərdə Vergilər Məcəlləsinə dəyişikliklər ediləcək.
“BI” xəbər verir ki, dəyişikliyə əsasən “STARTAP” hüquqi şəxsləri 1 yanvar 2019-cu ildən etibarən mənfəət vergisindən azad ediləcək.
Yeni məcəlləyə görə, "Startap"lara xüsusi şəhadətnamələr veriləcək və bundan sonra onların fəaliyyəti üzrə mənfəət vergisi 0 olacaq.
Bu barədə millət vəkili Tahir Mirikişili məlumat verib.