Milyonluq şirkət ləğv olunub, “Araz Supermarket”ə birləşir
“Baku Retail Group” MMC-nin ləğv olunaraq “Araz Supermarket” MMC şirkətinə qoşulduğunu elan edib.
ENA.az xəər verir ki, bu barədə BRT-nin elanında deyilir.
“Baku Retail Group hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Araz Supermarket” MMC-yə keçdiyini elan edir” – deyə rəsmi məlumatda qeyd edilir.
Bundan əlavə şirkət, bütün hüquq və öhdəliklərinin təhvil aktı üzrə “Araz Supermarket” MMC-yə ötürdüyünü elan edir.
2012-ci ildə yaradılan “Baku Rtail Group”un nizamnamə kapitalı 7,1 mln. manata yaxındır.
“Araz Supermarket” isə “Veysəloğlu Şirkətlər Qrupu” MMC-nin törəməsidir, Azərbaycanda ən geniş supermarketlər şəbəkəsinə malik şirkət sayılır.
“Araz Supermarket”-in nizamnamə kapitalı isə cəmi 20 manat təşkil edir.