Nazirlik İT xidmətlərinə 7 milyon manata yaxın pul xərcləyəcək

Vergilər Nazirliyi elan etdiyi tenderin qalibinin “Cybernet” MMC olduğunu açıqlayıb.
"ENA" xəbər verir ki, Nazirlik “Cybernet” MMC ilə müqavilə bağlayıb.
Məbləği 6 milyon 821 min 926 manat olan müqavilə "Dəstək xidmətinin göstərilməsi, proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi və lisenziyaların satın alınması"nı nəzərdə tutur.