Sosial iqtisadiyyat

Azərbaycandan İrana axın davam edir

2019-ci ilin yanvar ayı ilə müqayisədə 2020-ci ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 21,5 faiz artaraq 433,7 min nəfər olmuşdur.

"ENA" Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 38,1 faizi və ya 165 mini İrana gediblər.

Qeyd edək ki, Azərbaycan vətəndaşları daha çox ərzaq və qeyri-ərzaq məhsulları ucuz olduğu üçün İrana üz tuturlar. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)