“Şərurlu İsfəndiyar”ın şirkəti yenidən təşkil olunur

“Şərur” Mənzil-Tikinti Kooperativi (MTK) yenidən təşkil olunur.
“ENA” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb “Qlobal-Azəri” MMC-nin MTK-ya qoşulmasıdır.
Xatırladaq ki, “Şərur” MTK 2001-ci ildə yaradılıb. Şirkət “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.