Sağlamlıq

Bu məhsullar “Quş qripi” və koronavirus”a səbəb ola bilər

Azərbaycanın “quş qripi” və yeni koronavirus xəstəliyindən qorunması məqsədi ilə aparılan mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Yüksək patogenli “quş qripi” və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı” hazırlanıb.

Bunu Agentliyin sədri Qoşqar Təhməzli deyib.

Yüksək patogenli “quş qripi” və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı aşağıdakı kimidir:

Yüksək patogenli “quş qripi” üzrə:

– Müxtəlif növlərə aid diri quşlar (bir günlük cücə, damazlıq, ətlik, yumurtalıq quşlar və s.)

– Zoopark quşları, vəhşi və ov quşları

– İnkubasiya yumurtası

– Süfrə yumurtası və yumurta məhsulları

– Quş sperması

– Quş əti (soyudulmuş, dondurulmuş və s.)

– Quş əti məhsulları

– Quş əti və sümüyünün unu (yem üçün istifadə olunan)

– Quş tükü və lələkləri

Koronavirus üzrə:

– İsti və soyuqqanlı vəhşi heyvanlar

– Zoopark heyvanları

– Vəhşi heyvanların trofeyləri

– Balıq və balıq məhsulları (soyudulmuş, dondurulmuş və s.)

– Dəniz məhsulları (soyudulmuş, dondurulmuş və s.)

– Heyvan mənşəli ət məhsulları

– Ev heyvanları

– Quş və quş məhsulları

Qeyd edək ki, Agentlik tərəfindən Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department