Sosial iqtisadiyyat

“Hüquqi şəxslərin onlayn qeydiyyatı sistemi sui-istifadə alətinə çevrilir”

Dövlət Vergi Xidməti 1 günlük şirkətlərin yaradılması daxil vergidənyayınma sxemlərinə qarşı mübarizəni daha da gücləndirəcək.

Bunu “Vergi islahatları: birlikdə kölgədən işığa doğru” mövzusunda konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Ötən il bu sxemlərin qarşısını almaq üçün qanunvericilik və inzibatçılıq çərçivəsində gərəkli addımlar atılsa da, hələ də, yeni elektron qeydiyyat sisteminin verdiyi asan qeydiyyat imkanlarından istifadə edilərək bir şəxsin adına çoxsaylı şirkətlər yaradılır. Bu özü-özlüyündə qanun pozuntusu olmasa da, amma biz görürük ki, bəzi hallarda sui-istifadə üçün yol açan alətlərdən birinə çevrilir”,- nazir deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)