BİZNES

Ərəblər Xırdalanda yarım milyon dolarlıq şirkət təsis ediblər

Azərbaycanda “Salem-Al-Shuaibi” Məhdud Məsuliyyətli Cəmiyyəti şirkət təsis edilib.

ENA.az xəbər verir ki, yeni yaradılan şirkət 595 000 ABŞ dolları (USD) kapitalla yaradılıb.

Yeni yaradılan şirkətin qanuni təmsilçisi Hacızadə Günel Tağı qızı olacaq.

Məlumat uçün bildirək ki, 25 ildir ki, bu şirkət Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərir. Fəaliyyət sahəsi isə əsasən, qiymətli daş-qaş və zinət aksesurlarının satışı və istehsalıdır.

“Salem-Al-Shuaibi” şirkəti rəsmi olaraq AZ0100, Abşeron rayonu, Xırdalan Şəhəri, Memar Əcəmi ev.18, döngə 2. Ünvanında dövlət qeydiyyatına alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)