Sosial iqtisadiyyat

Bakıda temperatur iqlim normasından 2,5 dərəcə aşağı enib

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 10-u səhərədək ölkə ərazisində qar yağıb, bəzi şimal və şərq rayonlarında intensiv və güclü olub, güclü qərb küləyi əsib.

Yağan qar nəticəsində qar örtüyünün hündürlüyü: Xınalıqda 50 sm, Sarıbaş (Qax), Ağdərədə 45 sm, Qrızda 42 sm, Qəbələdə 38 sm, Şahdağda 37 sm, İsmayıllıda 32 sm, Altıağacda 28 sm, Oğuz, Lerikdə 26 sm, Xaltanda 20 sm, Qusar, Yardımlıda 16 sm, Daşkəsən, Qubada 15 sm, Gədəbəydə 14 sm, Göyçayda 12 sm, Zaqatalada 11 sm, Ordubad, Göygöl, Tərtərdə 5 sm, Şahbuz, Astarada 4 sm, Şabranda 3 sm, Sədərəkdə 1 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Maştağada 38 m/s, Sumqayıtda 34 m/s, Bakıda 32 m/s, Pirallahı, Qum adasında 30 m/s, Neft Daşlarında 28 m/s, Çilov adasında 26 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.8 metrə çatıb.

Naftalanda 32 m/s, Neftçalada 30 m/s, Tərtər, Mingəçevir, Nabran, Salyan, Xaçmaz, Tovuz, Yevlax, Bərdə və Ağstafada 16-22 m/s-dək güclənib.

Temperatur: Fevralın 9-da Bakıda iqlim normasından 2,5 dərəcə aşağı enib. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında 1-2 dərəcə şaxta, aran rayonlarında 2-5, dağlıq rayonlarda 10-16, yüksək dağlıq ərazilərdə 19-24, Naxçıvan MR-da 6-13 dərəcə şaxta olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)