Türkiyədə yenə zəlzələ oldu
Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda 4.0 bal gücündə zəlzələ olub.
“ENA” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkan bu gün yerli vaxtla saat 09:31-də qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.