Dövlət qurumu işçilər axtarır - VAKANSİYA
Xüsusi qabiliyyət tələb edən (musiqi sahəsinə aid) ixtisaslara qəbul imtahanları ilə əlaqədar cari işlərin həyata keçirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) müqavilə əsasında işçi qəbulu elan edib.
DİM-dən "ENA"ya verilən məlumata görə, namizədlər musiqi sənəti istiqaməti üzrə aşağıdakı bilik və bacarıqlara malik olmalıdır:
- Musiqişünaslıq ixtisası üzrə magistr təhsili;
- Azərbaycan və rus dillərini bilmək;
- Mircrosoft Office proqramlarında orta səviyyədə işləməyi bacarmaq;
- Sibelius kompüter proqramında sərbəst işləməyi bacarmaq;
- Test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarının tərtibini təşkil etmək;
- Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını təşkil etmək.
İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2020-ci il fevralın 10-dək qabiliyyet@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.