"Bakı Fond Birjası"nın dövriyyəsi 59% azalıb
Bu ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 667,283 milyon manat təşkil edib.
“ENA” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,9% azdır.
Bununla belə, ötən ay bağlanmış əqdlərin sayı isə 15,65% artaraq 377 olub.
BFB-nin dövriyyəsinin 32,55%-i və yaxud 217,2 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 84,75% azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,9 dəfə artaraq 396,906 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 42,5% artaraq 53,177 milyon manat olub.