Deputatdan gəlir vergisinə etiraz: "Bu biabırçılıqdır"
“Siz 200 manat maaşı təsəvvür edə bilirsiz? Şəxsən, mən təsəvvür edə bilmirəm. Bəlkə də belə bir məvacibi olsa-olsa həkimlər, tibb işçiləri ala bilər, çünki bildiyim qədər ən az maaş alan onlardır”
Bunu millət vəkili Elmira Axundova parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edərkən deyib.
Millət vəkili sosial sığorta ilə bağlı bəzi dəyişikiliklərə də etiraz edib: “Necə ola bilər ki, 200 manatadək maaş alanlardan yeniləndirilmiş sığorta haqları, filan tutulacaq, amma 8 min manat alanlardan tutulmayacaq? Belə bir şey olar? Özü də Azərbaycanda məgər 8 min manat maaş alan var? Bəlkə siz tanıyırsız belələrini?! Olsa da, 50-100 nəfər... Amma qəribədir ki, onlardan tutulmayacaq, amma 200 manat maaş alanlardan tutulacaq. İnanın mən hələ təsəvvürə edə bilmirəm ki, bu gün belə məvacib olsun. Bu, biabırçılıqdır”.
Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikyə görə, aylıq 8 000 manatadək olan əməkhaqları üzrə 0 faiz, 8 000 manatdan yuxarı olan əməkhaqları üzrə 14% gəlir vergisi ödəniləcəkdir.
Digər təklif olunana dəyişikliyə əsasən, 200 manatadək maaşdan 25 faiz sosial sığorta tutulacaq ki, bu 25 faizin 3 faizi sığortaolunanın gəlirindən, 22 faizi isə sığorta edən tərərfindən ödəniləcək (Elmira Axundova buna etiraz edir).
200 manatdan yüksək maaş alanlar üzrə isə sosial sığorta haqqının 10 fazini sığortaolunan, 15 faizini isə sığortaedən ödəyəcək.