Azərbaycan Rusiyanı Türkiyənin - QAZ BAZARINDAN SIXIŞDIRIR - RƏQABƏT
Türkiyə xarici ölkələrdən aldlığı təbii qazın həcmini 10% azaldıb.
ENA.az xəbər verir ki, bu azalma fonunda Ankaranın 2019-cu ildə Rusiyanın qaz monopolisti “Qazprom”dan aldığı qazı 40% (təxminən 8 milyard kub metr) azaldaraq 14,4-14,8 milyard kub metr tədarük edib.
Azərbaycandan isə 2019-cu ildə Türkiyəyə bu sahədə 30% artım olub və Ankara 8,66 milyard kubmetr “Şahdəniz” qazı alıb. Bu 2018-ci illə müqayisədə 1,9 milyard kub metr artım deməkdir.
Digər tərəfdən, Ankara 12 milyard kub metr şift qazı da tədarük edib. Şif qazı ən çox ABŞ (980 milyon kub metr), Əlcəzair (5,068 milyard kub metr), Qətər (1,93 milyard kub metr) və Nigeriya (2,13 milyard kub metr) kimi ölkələrin payına düşüb.
Xatırladaq ki, 2018-ci il iyunun 12-də açılışı keçirilən TANAP (Trans-Anadolu Boru Qaz Kəməri) layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə və Avropaya ixrac ediləcək.