Tramp 1,7 trilyon dollarlıq beynəlxalq razılaşmadan imtina edir
Donald Tramp Administrasiyası Ümumdünya Ticarət Təşkilatının (WTO) dövlət satınalmalarına dair 1,7 trilyon ABŞ dolları dəyərində razılaşmadan çıxmağı və ya öz maraqlarına uyğunlaşdırmağı planlaşdırır.
“ENA” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən xəbər verir.
Məlumata görə, ABŞ Administrasiyası müttəfiqlərini qəzəbləndirəcək WTO-nun Dövlət Satınalmaları Sazişindən (GPA) çıxmağı özündə əks etdirən qanun layihəsini hazırlayıb.
Qeyd edək ki, ABŞ Ticarət Nümayəndəsinin sözçüsü məsələyə münasibət bildirməyib.
Xatırladaq ki, Dövlət Satınalması Sazişinin məqsədi dövlət satınalma bazarını xarici rəqabətə açmaq və dövlət satınalmalarını daha şəffaf olmasına dəstək verməkdir.
ABŞ-ın bu sazişdən çıxması 837 mlrd ABŞ dolları dəyərində dövlət alım bazarına girməyə çalışan şirkətlər üçün xaos yarada bilər və BREXİT-dən sonra İngiltərə ilə planlaşdırılan ticarət danışıqlarını daha da çətinləşdirə bilər.