Şirkət bölgə müdiri vəzifəsinə işçi axtarır - MAAŞ 1500-2100 MANAT
Şirkət: “MARS OVERSEAS” MMC (PEPSİ CO. & JALE)
Vəzifə: Bölgə müdiri
İş qrafiki: 6 günlük
Əmək haqqı: 1500-2100 AZN
Vəzifə tələbləri:
1. Göstərilən vəzifə üzrə ən azı 3 il iş təcrübəsi olmalıdır.
2. 24-40 Yaş aralığı
Ümümi Tələblər:
1. İdarəetmə qabiliyyətinin olması,
2. Məsuliyyətli və komanda ilə işləmək bacarığı,
3. Disiplin və planlı işləmək bacarığı.
4. Satış texnikalarını mükəmməl dərəcədə bilmədir.
Vəzifə Öhdəlikləri:
1. Şirkətin rentabelliyin, əməyin effektivliyinin, mənfəətin artması və iqtisadi planlaşdırma işlərini təşkil etmək, istiqamətləndirmək və təkmilləşdirmək;
2. Bölgə müdiri işçilərinin həftəlik rut proqramlarını hazırlamalı, hazırladığı rut proqramını ziyarət etməli, problem və təkliflərini müdirinə hesabat şəklində verməlidir
3. Bölgə müdiri ziyarət etdiyi marketlərdə öz işçilərinin düzülüş və açılışlarla əlaqədar əskiklikləri müdirinə gündəlik olaraq hesabat şəklində verəlidir
4. Bölgə müdiri işçilərinə düzülüş və açılışlarla əlaqədar lazımlı məlumatları ötürməli və Şirkətin məhsullarının rəflərdəki düzülüş və açılışlarlı ilə əlaqədar lazımi məlumatları verməlidir
5. Şirkətin məhsullarının rəflərdəki düzülüş və açılışları ilə əlaqədar etdiyi dəyişiklikləri bölgə müdiri işçilərinə çatdırmalı və marketlərdə tətbiq olunması üçün lazımlı tədbirlər görməlidir
6. Bölgə müdiri işçisinin forma nizamına diqqət etməli və yeni işə başlayan işçinin formasının qarşılanması üçün lazımlı tədbirlər görməli və müdirinə hesabat verməlidir
7. Günün sonunda və ya əvvəlində bölgə müdiri işçiləri ilə toplantı etməli və işçilərin gün ərzində gördüyü işlərlə bağlı zəruri məlumatları almalı və problemləri varsa problemi aradan qaldırmaq üçün zəruri tədbirlər görməlidir
8. Bölgə müdiri işçisinin iş şərtlərinə uymadıqları halda müəyyən cərimələr tətbiq etmək üçün müdirinə və ya İnsan Resurslarına müraciət etməlidi
9. Şirkət tərəfindən alınmış işlə əlaqədar qərarları personalına bildirməli və həyata keçirilməsini təmin etməlidir
10. İşə yeni alınmış bölgə müdiri işçilərini Şirkətin qaydalarına uyğun olaraq həm bazarda, həm də ofis içərisindəki işini öyrənməyini təmin etməlidir,
11. Bölgə müdiri gündəlik fəaliyyət planı hazırlamalıdır,
12. Bölgə müdiri işçisinin gündəlik fəaliyyət hesabatını yoxlamalı və lazımlı kəslərə hesabat verməlidir
13. Satış təmsilçilərinin işini tənzimləmək və fəaliyyətinə köməklik etmək
Müraciət üçün elshan.valizada@totalbeveragegroup.com adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Bölgə müdiri” vəzifəsini qeyd etməyiniz vacibdir.