Çin koronavirusa görə 420 milyard dollar itirib
Çində yeni il tətili və koronavirus səbəbindən yanvarın 24-dən bəri bağlı olan birjalarda səhmlərin dəyəri açılışdan sonra, təxminən, 9% azalıb.
“ENA” xarici mətbuata istinadən xəbər verir ki, Çin birjalarının ümumi itkisi, təqribən, 420 milyard dollar olub.
Məlumata görə, Çin Mərkəzi Bankı (PBOC) maliyyə bazarlarındakı vəziyyəti sabitləşdirmək üçün ucot dərəcəsini 0,10 faiz bəndi endirərək, repo əməliyyatı ilə 174 mlrd dollar likvidlik verəcəyini açıqlayıb. Bundan başqa “PBOC” 30 maddədən ibarət profilaktik tədbirlərlə bağlı paket də hazırlayıb.
Mütəxəssislər qeyd edirlər ki, koronavirusla əlaqədar şirkətlərin əksəriyyətinin fəaliyyətini dayandırdığı səbəbindən Çində birjaların itkisi artaraq 10%-i keçə bilər.