Bakıdakı kafe, restoranların milyardlıq dövriyyəsi açıqlandı
2019-cu ildə Bakının ictimai iaşə dövriyyəsi 2018-ci illə müqayisədə real ifadədə 8,8% artaraq 1 milyard 160 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,2%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.
Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci illə müqayisədə 4,8% artaraq 481 mln. manat təşkil edib.