Qeyri-Bank

Azərbaycanda BOKT-lar bazar paylarını itirirlər

2019-cu ilin sonunda Azərbaycan iqtisadiyyatına kredit təşkilatlarının cəmi kredit qoyuluşları 15,30 milyard manat təşkil edib.

Dövrün sonunda kredit qoyuluşlarının 2,56 milyard manatı dövlət banklarının, 12,34 milyard manatı özəl bankların, 397.2 milyon manatı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə dövlət banklarının kredit qoyuluşu 22%, özəl bankların 9,2%, qeyri-bank kredit təşkilatlarının isə 1,2% artıb.

2019-cu ildə dövlət banklarının cəmi kredit qoyuluşunda payı 16,7 %-i (2018-ci il 16,1%), özəl bankların 80,7% (2018-ci il 80,9%) və qeyri-bank kredit təşkilatlarının isə payı 2,6% (2018-ci il 3%) təşkil edib. Belə ki, özəl və qeyri-bank təşkilatlarının kredit qoyuluşunda payı azalmış, dövlət bankının isə artmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)