Çin bazarlarında "Qara Bazar ertəsi"
Çin şirkətlərinin səhmlərinin qiymətləri, virus epidemiyasının pisləşdiyi bir mühitdə, Yeni İl tətilindən sonra ilk əməliyyat günündə kəskin düşüb.
"ENA" xəbər verir ki, səhmlərin qiymətlərində 2015-dəki "səhm köpüyünün" partlamasından bu yana ən kəskin azalma baş verib.
"CSI 300" İndeksi, bazarların 23 Yanvardan sonrakı ilk əməliyyat günündə 9.1%-ə qədər geriləyib. 2600-dən çox şirkətin səhmi 10%-dən çox dəyər itirib.
Yuan dollar qarşısında 1%-dən çox düşərək 7 səviyyəsini keçib.
"Səhmlərində əməliyyat aparmaq həqiqətən çox çətindir. Bu xəstəliyin (koronavirus) necə inkişaf edəcəyini təxmin etmək qeyri-mümkündür. Hətta mütəxəssislər belə epidemiyanın nə vaxt sona çatacağı barədə açıq bir fikirə sahib deyil. İndi səhm almaq üçün çox tezdir. Gözləyib görmək lazımdır",- analitiklər bildirib.