“Rabitəbank”-da yeni departament yaradılıb, direktor təyin edilib
“Rabitəbank” ASC-nin Kredit və bazar risklərinin idarə olunması şöbəsi sturuktur kimi dəyişdirilərək Risklərin idarəedilməsi departamentə çevrilib.
ENA.az bildirir ki, departamentə çevrilən bu struktura rəhbərlik yenidən Ramin Abbasov rəhbəlik edəcək.
O, 2018-ci ilin avqustundan “Rabitəbank” komandasına qoşulmaqla Kredit və bazar risklərinin idarə olunması şöbəsi və eləcə də Əməliyyat risklərinin idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Bundan əlavə 2015-ci ilin sentyabrından 2018-ci ilin avqustuna qədər “Turan Bank” ASC və daha əvvəl isə “FINCA Azerbaijan” BOKT MMC-də müxtəlif vəzifələrdə çalışıb.