BİZNES

Azərbaycanın biznes investisiya mövqeyi ilə bağlı AÇIQLAMA

İslahatların davam etdirilməsi Azərbaycana yenidən beynəlxalq reytinq agentliklərindən investisiya reytinqləri almağa imkan verəcək. Düşünürəm ki, göstəricilərimizin əksəriyyəti lazımi səviyyədədir. Mərkəzi Bankın sədri Elman Rüstəmov belə hesab edir.

“Keçən il biz bu istiqamətdə böyük işlər görmüşük, amma hələ də islahatları davam etdirməli olduğumuz sahələr var. Yaxın zamanlarda Azərbaycan investisiya reytinqlərini bərpa edəcək", - deyə o, bildirib.

Mərkəzi Bank rəsmilərinin açıqlamalarına görə, o cümlədən biznes investisiya mövqeyi ilə bağlı təhlillər də aparılır və konkret rəqəm də var.

"Azərbaycanın biznes investisiya mövqeyi yüksəlib, 57 milyard profisitdədir".  

Hazırda üç aparıcı reytinq agentliyinin Azərbaycan üçün müəyyən etdiyi kredit reytinqi "BB +" səviyyəsində, proqnoz isə "stabil"dir. Azərbaycan hökumətinin üzvləri dəfələrlə bu reytinqlə razılaşmadıqlarını bildiriblər. Onlar hesab edirlər ki, Azərbaycanın reytinqləri investisiya səviyyəsində olmalıdır, çünki ölkə dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən 2015-ci ildə manatın devalvasiyası ilə əlaqədar yaranmış problemlərdən sonra öz mövqeyini bərpa edib.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 17 yanvar 2020-ci il tarixində Azərbaycanın emintentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini “BB +” səviyyəsində təsdiqləyərək proqnozu “stabil” saxlayıb.

2020-ci il yanvarın 24-də “S&P Global Ratings” agentliyi Azərbaycanın emitentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini "BB + / B" səviyyəsində təsdiqləyib, proqnozu isə “stabil” saxlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)