Bank

Mərkəzi bank sədri: “AtaBank”dakı ciddi problemlərin səbəbi odur ki...

“AtaBank”dakı ciddi problemlərin səbəbi Bankın rəhbərliyi tərəfindən çox riskli bir neçə iri layihəyə kredit ayrılmasıdır. Kreditlər verilib və geri qaytarılmayıb”.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. 

“Mətbuatda “AtaBank”dakı problemin dövlət büdcəsi ilə əlaqədar olduğu barədə məlumatlar yayılıb. “AtaBank”dakı ciddi problemlər dövlət büdcəsi ilə əlaqədar deyil. Sadəcə olaraq, Bankı idarə edən şəxslər tərəfindən çox riskli layihələrə kreditlər verilib. Bu gün həmin kreditlər geri qayıtmır. Bankın kredit portfeli ciddi problemlidir. Həmişə belə olur - kreditlər riskli layihələrə verilir, sonra kreditlər qayıtmır, Bank kapitalını itirir və sonra əmanətçilərin və şirkətlərin pullarını qaytarmaq olmur”.

Menecmentin işində də problemlərin olduğunu və bank risk menecmentinin fəaliyyətini tənqid edən E.Rüstəmov bank haqqında yekun qərarı tezliklə Maliyyə Sabitliyi Şurasının elan edəcəyini bildirdi.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)