Bank

Prezident Mərkəzi Bank haqqında qanundakı bu bəndi ləğv etdi – FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev 30 yanvar 2020-ci ildə Azərbaycan Mərkəzi Bankında qanunun tətbiqi ilə bağlı fərmana dəyişikliklə bağlı fərman imzalayıb.

Fərmanda deyilir,

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanının  2.1-2-ci bəndi ləğv edilsin.

Qeyd edək ki, həmin qanunun bu bəndində “2.1-2. həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş “məqsədli büdcə fondu” dedikdə Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu nəzərdə tutulur;” kimi qeyd edilirdi.


Həmin qanundakı bənd:

Maddə 8. Mərkəzi Bankın normativ xarakterli aktları

8.1.       Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir.

8.2.       Mərkəzi Bankın normativ xarakterli aktları “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)