AMEA koronavirusla mübarizəyə qoşulub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı koronavirusla bağlı maarifləndirici və profilaktiki tədbirlər görəcək.
AMEA-dan "ENA"ya verilən məlumata görə, akademiyada müvafiq profilaktiki tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.
"AMEA-nın idarə, müəssisə və təşkilatlarının həmkarlar təşkilatları əmək kollektivləri ilə birgə yerləşdikləri ərazilər üzrə məsul olan və bu sahə üzrə xüsusi təcrübəyə malik Sanitar Epidemioloji Stansiyalar, onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri və digər aidiyyatı orqanların cəlb edilməsi yolu ilə kollektivlərdə maarifləndirici və profilaktiki tədbirlərin görülməsini həyata keçirəcəklər", - akademiyadan bildirilib.