BİZNES

“Ideal” və “Sabina” mağazaları birləşdikdən sonra şirkət adını dəyişdi

“IDEAL” parfumeriya və kosmetika mağazalarının sahibi digər rəqib olan “Sabina” parfurmeriya mağazalar şəbəkəsini aldıqdan sonra adını dəyişdirib.

ENA.az bununla bağlı xəbərində “IDEAL”ın artıq “ADORE KOMPANİ” MMC kimi dövlət qeydiyyatında olduğunu yazmışdı. 

Eləcə də bax: “Sabina” parfümeri “İDEAL”a satıldı

Qeyd edək ki, şirkətin dövlət qeydiyyatında bununla bağlı dəyişikliyi 10 yanvar 2020-ci ildə baş verib.

Aldığımız məlumata görə, şirkətin bütün mağazaları “IDEAL” brendi altında öz fəaliyyətlərini davam edəcəklər.

Sabina mağazalar şəbəkəsi

Hazırda 3,2 milyonluq nizamnamə kapitalına sahib olan “ADORE Kompani”nin qanuni təmsilçisi və ya sahibi Samir Əliyev Yalçın oğlu sayılır.

Bildirək ki, indiki “ADORE Kompani” “Sabina” parfumaeriya mağazasını hansı qiymətə alması barədə hər hansısa məlumat hələki yoxdur.

Ümumilikdə “Sabina” mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərir və bu şəbəkə İDEAL brendindən daha əvvəl 1992-ci ildən fəaliyyətə başlamışdı. İDEAL mağazalar şəbəkəsi isə hazırda Bakı və Sumqayıtda fəaliyyət göstərən 15 mağazaya malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)