Elm və Texnologiya

Facebook və Instagram'da narkotik alverçilərini süni zəka tapacaq

Bu ilin yaz fəslində ABŞ konqresmenləri Facebook sosial şəbəkəsinin narkotik alverçiləri üçün açıq-aşkar platformaya çevrilməsi səbəbilə Mark Zuckerberg-i sərt şəkildə tənqid etmişdilər. İndi isə sosial şəbəkədə narkotik alveri ilə bağlı şübhəli paylaşımların analizini süni zəkaya həvalə ediblər. Belə ki, xüsusi alqoritmlər bu analizi moderator qismində çalışan insanlardan daha sürətli edəcəklər.

    Beləliklə Facebook və Instagram sosial şəbəkələr sayəsində öz müştəriləri ilə əlaqə yaradan narkotik alverçilərini süni zəka vasitəsilə təyin etmək işinə keçirlər. Yeni sistem, üzərində narkotik vasitələrin əks olunduğu fotoları sürətli şəkildə silməyə qadirdir.. Sistem bunu hətta istifadəçilərin həmin fotonu şikayət etməmiş silməyi bacarır.

    “Bizim texnologiyamız nəinki qadağan olunmuş maddələrin əks olunduğu fotoları, həmdə onların satışı ilə bağlı niyyətləri, qiymətləri, narkotik alverçilərinin telefon nömrələrini və onların sosial şəbəkə hesablarının linklərini də təyin etməyi bacarır” – deyə Facebook təmsilçisi bildirib. Bu texnologiyanı həmçinin digər şirkətlər də təkmilləşdirərək istifdə edəcəklər. Onların arasında Google və Twitter kimi şirkətlər var. Bu işdə yaradılmış Tech Together to Fight the Opioid Crisis adlı qrupa həmçinin Alabama Univeritetinin tədqiqatçıları da daxil olacaqlar. Onlar öz növbələrində narkotik maddələrin yeni satış taktikalarını və onların gizli adlarını araşdıracaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)