“Google” Azərbaycanda bank əməkdaşının yaratdığı layihəni təsdiqlədi
Azərbaycanlı və eləcə də “AccessBank”da çalışan Turqut Abdullayev Data Science (Aze: Verilənlərin elmi) inkişafına töfhə verib.
“Google”da çalışan Tensorflow mütəxəssisləri tərəfindən Keras Python üçün yaratdığı Hyperparameter tuning kitabxanası artıq hər istifadəçiləri üçün də əlçatandır.
ENA.az bildirir ki, bu kitabxananı Azərbaycanlı mütəxəssis Turgut Abdullayev yaradıb.
Qeyd olunur ki, kitabxana “Google” mütəxəssisləri tərəfindən bəyənilib.
Data Science təhsilinə QSS Analytics -də başlayan Turqut Abdullayev hazırda “AccessBank”da data science team lead və Data Science Academy-də təlimçi olaraq çalışır. O, həm də QSS Analytics şirkətində data science labın rəhbəridir.