Restoranda hesaba görə müştərilər administratoru döyüb
Sumqayıt şəhərində yerləşən “Türkan” restoranında müştərilər və iaşə müəssisəsinin administratoru arasında dava düşüb.
“ENA” xəbər verir ki, 4 nəfər müştəri hesabın çox olmasını deyib. Obyektin ofisiantı bununla razılaşmayaraq administratoru çağırıb. Mübahisə administratorla da davam edib. Mübahisə zamanı həmin müştərilər restoranın administratoru Rafiq Muradovu döyüblər.
Faktla bağlı araşdırma aparılır.