Tanınmış xarici şirkətin Azərbaycandakı nümayəndəliyi LƏĞV EDİLİR
İsveçrənin tanınmış "ABB Global Marketing FZ-LLC" şirkəti Azərbaycan bazarını tərk edir.
“ENA” xəbər verir ki, "ABB Global Marketing FZ-LLC" şirkəti Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6 ünvanına bildirə bilərlər.
"ABB Global Marketing FZ-LLC" şirkətinin Azərbaycanda istehsalat sahəsi qurmaq planı mövcud idi. Şirkət bu məsələ ilə bağlı araşdırmalar aparacağını açıqlamışdı.
"ABB Global Marketing FZ-LLC" elektrik avadanlıqları, robototexnika, hərəkət mexanizmləri, sənaye avtomatlaşdırma və elektrik şəbəkələri sahələrində dünya liderlərindən biridir.
Xatırladaq ki, 2018-ci ilin Aprel ayında "ABB AS" şirkəti Azərbaycandakı filialının ləğv edildiyini elan etmişdi.
Müraciətdə deyilirdi ki, kreditorlar tələblərini Nizami küçəsi ev 90A, Landmark ofis plaza 12-ci mərtəbədəki ünvana bildirə bilərlər.
Həmin dövrdə "ABB Global Marketing FZ-LLC"dən "Marja"ya bildirilmişdi ki, "ABB AS" şirkətinin Azərbaycandakı filialının bağlanması haqqında xəbərin, Azərbaycan Respublikasında hal-hazırda fəaliyyət göstərən "ABB Global Marketinq FZ-LLC" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və "ABB Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə heç bir əlaqəsi yoxdur.