Azərbaycanda yeni qəzet açılır, adı da məlumdur
![](https://ena.az/uploads/news/2020-01/_ena_9580ffe184ab470c0a40b27ff_o.jpg)
Azərbaycanda “Gəmiqaya” adlı yeni qəzet açılır.
"ENA" xəbər verir ki, bunu AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin Rəyasət Heyətinin iclasında deyib.
O bildirib ki, AMEA-nın Naxçıvan Bölməsinin “Gəmiqaya” adlı qəzetinin nəşr edilməsi ilə bağlı qərar qəbul olunub.
İ.Hacıyev vurğulayıb ki, bölmənin mətbu orqanı olan “Elmi əsərlər” jurnalının redaksiya heyətinin tərkibində də qismən dəyişiklik edilib.