Sağlamlıq

Koronavirusa yoluxanların sayı 849-a, ölənlərin sayı isə 26-ya çatdı

Çində yeni növ koronovirusa yoluxanların sayı 849-a çatıb.

Bu barədə Çinin regionlarının gigiyena və sağlamlıq məsələləri üzrə komitələrinin məlumatında deyilir.

Məlumata əsasən, yeni növ koronavirus 26 nəfərin ölümünə səbəb olub.

Qeyd edilir ki, yeni növ koronavirusa yoluxanlardan 177-nin vəziyyəti ağırdır, 34 nəfər isə artıq sağalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)