“Neftin 1 bareli 70 dollar olmalıdır”

Rusiya prezidenti neft qiymətləri barədə danışıb.
"BI" xəbər verir ki, o bu barədə Sinqapurda keçirdiyi mətbuat konfransında deyib.
“Həm istehsalçı, həm də istehlakçılar üçün optimal qiymət lazımdır. Məsələn, 1 barel üçün 70 dollar bizi tam qane edir”.
Bundan bir qədər əvvəl, neft qiymətləri 7% ucuzlaşaraq birjalarda qısa panika yaratmışdı.