Sosial iqtisadiyyat

Çörəklə "doyuzdurulan" qida səbəti: Rusiya və Azərbaycandakı normaların müqayisəsi

Rusiya prezidenti Putin dünənki çıxışı zaman deyib ki, ölkədə minimum yol verilən qida səbətinin tərkibi dəyişdirilməlidir. Hazırkı səbətdə çörək və un məmulatlarının, kartofun və yağın payı çox olduğu halda, balıq,ət və meyvə-tərəvəzin xüsusi çəkisi aşağıdır. O, hökumətə minimum qida səbətinin tərkibinin dəyişdirilməsini tapşırıb.
 

ENA.az xəbər verir ki, Azərbaycanda da bu məsələ müstəqil ekspertlər tərəfindən dəfələrlə qaldırılıb. Hətta yaşayış minimumu haqda qanunvericlik dövri olaraq minimum istehlak səbətlərinin tərkibinə baxılmasını zəruri edir.

Qeyd edək ki, hər il Azərbaycan prezidenti tərəfindən yaşayış minimumu təqdiqlənir. 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.
 

İndi gəlin, Putinin şikayət etdiyi Rusiyadakı mövcud, bir nəfər əmək qabiliyyətli şəxs üçün minimum yolverilən qida səbətinin tərkibi ilə Azərbaycandakı qida səbətini müqayisə edək.

 

Qida səbətinin strukturu

Rusiyada

Azərbaycanda

çörək və un məmulatları üçün norma - 126.5 kq

136.8 kq

kartof norması - 100.4 kq

54.8 kq

süd və süd məhsulları - 290 kq

223.6 kq

tərəvəz norması - 114.6 kq

97.2 kq

meyvə norması60 kq

38 kq

balıq norması - 18.6 kq

7.7 kq

ət norması - 58.6 kq

32.9 kq

 

İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, Rusiyadakı qida səbətində ət, balıq, meyvə və tərəvəz üçün minimum istehlak norması Azərbaycanla müqayisədə orta hesabla 1.5-2 dəfə yüksəkdir. Amma Rusiya prezidenti daha da artırmağı təklif edir. Çünki sosial siyasətin məqsədləri üçün elmi baxımdan səhih əsaslandırılmış qida rasionundan istifadə insanların sağlamlığının ilk şərtidir.
"Yeri gəlmişkən, Rusiyada yaxınlarda gerçəkləşdirilən yeni Konstitusiyada minimum əmək haqqı barədə ayrıca maddə olacaq. Həmin maddəyə görə minimum maaşlar yaşayış minimumunun dəyərindən aşağı ola bilməz. Amma söhbət tərkibi yenidən baxılmış, daha yüksək normalar əsasında hesablanmış yaşayış minimumundan gedir".

Qeyd edək ki, əhali qrupuna görə normalar dəyişir. Nazirlər Kabinetinin 2014-cü ildə təsdqlədiyi qərarla bu normalar illik olaraq aşağıdakı kimidir.  

 

Sıra

№-si

 

Əmək qabiliyyətli əhali

Pensiyaçılar

Uşaqlar

0-15 yaş

1.

Çörək və çörək məhsulları (una çevirməklə)

136.8

107.9

100.5

2.

Kartof

54.8

40.2

42.0

3.

Tərəvəz və bostan məhsulları

97.2

85.2

100.7

4.

Meyvə və giləmeyvə

38.0

32.0

76.0

5.

Ət və ət məhsulları

32.9

25.6

29.6

6.

Süd və süd məhsulları (südə çevirməklə)

223.6

233.8

258.6

7.

Balıq və balıq məhsulları

7.7

6.8

8.0

8.

Yumurta (ədəd)

150

100

183

9.

Şəkər və qənnadı məmulatları

16.9

15.8

19.7

10.

Bitki yağı, marqarin və digər piylər

10.9

8.4

7.0

11.

Kərə yağı

7.0

5.8

6.0

12.

Digər məhsullar

4.7

3.3

4.0

 

 

Beləliklə, Azərbaycanın da qida səbəti normalarına yenidən baxması vacib şərtlərdən biridir. Yoxsa un və un məmulatları ilə "doyuzdurulan" istehlak səbəti sağlam nəsil yetişdirmək hədəfindən tam uzaqdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)