“AzerGold”un kapitalı 6 dəfə artırılıb
“AzerGold” QSC-nin nizamnamə kapitalı 10 milyon manat və yaxud 6 dəfə artırılıb.
“ENA” xəbər verir ki, şirkətin kapitalı 2 milyon manatdan 12 milyon manata çatdırılıb.
Xatırladaq ki, “AzerGold” ölkə prezidentinin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılıb. Səhmdar cəmiyyəti Azərbaycanda qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.